İranda kütləvi zəhərlənmə baş verib.
Metbuat.az "İRNA" xəbər agentliyinə istinadən məlumat verir ki, zəhərli göbələk yediyi bildirilən 9 nəfər ölüb, 721 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 12-nin vəziyyəti ağırdır.
Zəhərlənmə hallarına ölkənin Şiraz, Kirman və Luristan əyalətlərində rast gəlinib.
Vətəndaşlara üzərində son istifadə tarixi olan, paketlənmiş göbələkləri almaları barədə xəbərdarlıq edilib.
Aysel Yaqubqızı / Metbuat.az