Husilər Yəmənin şərqindəki Mərib rayonuna bombalı hücum edib.
Metbuat.az "TRT Haber"ə istinadən xəbər verir ki,hücum nəticəsində vətəndaşlardan 5-i ölüb, 20 nəfər isə ağır yaralanıb. Məsul şəxslər ölü və yaralı sayının artacağını istisna etmir.
Siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə hakimiyyəti ələ keçirmək istəyən husilər 2014-cü ildən etibarən başda Sana şəhəri olmaqla bəzi bölgələri nəzarətdə saxlayır.
Aysel Yaqubqızı / Metbuat.az