Bakıda marketdə satıcı işləyən qızı avtomobil vurub

Bakıda marketdə satıcı işləyən qızı avtomobil vurub
08:42 23 May 2018
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində marketdə satıcı işləyən qızı avtomobil vurub.

Milli.Az report.az-a istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

"Bakı fəhləsi" kimi tanınan ərazidəki marketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Xədicə Zeynalova evə getmək üçün yolu keçərkən onu "Lexus" markalı minik avtomobili vurub. Yaralı sürücünün köməkliyi ilə özəl klinikaların birinə yerləşdirilib. Klinikanın həkimləri onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/653006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR