Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalına, Hakurk rayonu ərazisinə zərbələr endirib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Hərbi Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində PKK terrorçularının 6 obyekti məhv edilib.

Qeyd edək ki, PKK terrorçuları Türkiyənin dövlət orqanlarına, hərbçilərə, habelə dinc əhaliyə qarşı terror hücumları təşkil edirlər.

Milli.Az