Astara sərhəd-keçid məntəqəsinin iş vaxtı artırıldı

Astara sərhəd-keçid məntəqəsinin iş vaxtı artırıldı
11:28 12 Yanvar 2015
410 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Astara sərhəd-keçid məntəqəsindən ixrac və xarici tranzit əməliyyatlarının həcminin artması nəzərə alınaraq, sərhəd-keçid məntəqəsinin iş saatı artırılıb. Bundan sonra məntəqə 12 saat fəaliyyət göstərəcək. Bunu Trend-ə Astara (İran) Gömrük İdarəsinin baş direktoru Həmidrza Məhəmmədi deyib.

H.Məhəmmədi bildirib: "Azərbaycanın Astara Gömrük İdarəsi və sərhədçiləri ilə əldə etdiyimiz razılığa əsasən, bundan sonra Astara sərhəd-keçid məntəqəsi hər gün səhər saat 8:00-dan axşam saat 20:00-dək (Bakı vaxtı ilə 08:30-dan 20:30-dək) işləyəcək.

Onun sözlərinə görə, Azərbaycan və İran arasında bundan öncə imzalanmış protokola əsasən, Novruz bayramına kimi Astara sərhəd-keçid məntəqəsinin iş rejimi 12 saat olacaq: “Ümid edirik ki, bu, məntəqənin fəaliyyətinin sutkalıq rejimə keçirilməsi üçün zəmin yaradacaq”.

H.Məhəmmədi bildirib ki, Azərbaycan və İran arasında yaxşı qonşuluq münasibətləri var: "Biz əlaqələrimizi inkişaf etdirmək üçün bütün potensiallarımızdan istifadə etməkdə qərarlıyıq".

Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunmuş sanksiylarla əlaqədar İrandan RF-yə ixracın həcmi artıb: “İranlı ixracatçılar Astara sərhəd-keçid məntəqəsindən istifadə edərək Rusiyaya məhsullar ixrac edirlər. İxracatın həcminin artması həm Azərbaycan, həm də İranın rifahına səbəb olacaq”.

Qeyd edək ki, bundan öncə Astara sərhəd-keçid məntəqəsi Bakı vaxtı ilə səhər saat 08:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərirdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR