Ölkənin ən reytinqli şousu - “Maşın” şounun 16-cı sürətinin ikinci yarış günü keçirilib.
Metbuat.az-ın məlumatına görə, Xalq artisti Murad Dadaşovun təqdim etdiyi “Xanımlar və Cənablar-2” adı altında yayımlanır. 8 tanınmış kişi və 9 tanınmış qadının maşın uğrunda mübarizəsində gizli səsvermə keçirilib. Roza Zərgərli və Aytən Səfərova eyni səs toplayıb. Qaydalara uyğun olaraq sms səsverməsi yoluyla ötən gün olduğu kimi Roza Zərgərli yenidən SMS səsverməsinə çıxarılıb.
O, 54,14 faiz səs toplayaraq, yarışmada qalıb. Roza, Günel Hümbətovanı yarışmadan uzaqlaşdırıb.