Rusiya “Qarabağ”ın danışıqlarda iştirakına münasibət bildirdi

Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ separatçılarının danışıqlar masasına qaytarılmasına münasibət bildirib.

Metbuat.az azvision.az-a istinadən xəbər verir ki, Lavrovun sözlərinə görə, rəsmi Moskvanın mövqeyi dəyişməzdir. O, qeyd edib ki, münaqişə Ermənistan və Azərbaycanın iştirakı ilə ATƏT-in Minsk qupunun həmsədləri vasitəsi ilə sülh yolu həll olunmalıdır.

“Biz ümidvarıq ki, bu optimal formatdır. Rusiya ilə yanaşı digər həmsədr dövlətlər - ABŞ və Fransa da fikirlərşir ki, danışıqlar Minsk qrupu vasitəsilə nizamlanma prosesinə zidd olmamalı və bu, Bakı və İrəvanın danışıqları davam etdirməsinə imkan verməlidir. Müəyyən dövrdə "Dağlıq Qarabağ" danışıqlarda iştirak edib. Sonra əldə olunana razılaşmaya əsasən iştirak dayandırıldı. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Papov deməyib ki, "Dağlıq Qarabağ" danışıqlar masasına mütləq qayıtmalıdır. Siz onun sözlərini təhrif etməyin.

Əgər münaqişə tərəfləri hansısa mərhələdə "Dağlıq Qarabağ"ın danışıqlarda iştirak etməsi barədə razılığa gəlsələr, biz bu qərara hörmət edəcəyik”.

DİQQƏT: Yağış yağacaq, şimşək çaxacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR