Əksər istifadəçi "Facebook"un bu MÖHTƏŞƏM funksiyasından xəbərsizdi

"Facebook" sosial şəbəkəsində hesabını başqasına vəsiyyət etməklə bağlı xüsusi funksiya var. Yəni profil sahibi ölərsə, onun yerinə təyin etdiyi varisi onun sosial hesabını idarə edə bilər.

Metbuat.az xəbər verir ki, hesabınızın Ümumi Nizamlar hissəsindən istədiyiniz vaxt hesabınıza bir hesab varisi əlavə edə və ya hesab varisinizi dəyişə bilərsiniz.

Varis əlavə etmək üçün:

1. "Facebook"un sağ üst küncündə yerləşən simvolu tıklayın və ayarları seçin

2. Hesabı İdarəyə daxil olun.

3. Bir dostunuzun adını yazın və "əlavə edin"i tıklayın.

4. Dostunuza onu hesab varisiniz etdiyinizi bildirmək üçün "Göndər"ə daxil olun

5. Hesab varisinizi dəyişdirmək üçün qeyd etdiyimiz 1-2-ci gedişləri edin və "Qaldır"a daxil olun.

Qeyd edək ki,hesab varisi seçməyiniz üçün ən azı 18 yaşında olmalısınız.

Sərdar Məmmədov / Metbuat.az

Paytaxtda avtobusların hərəkətinə məhdudiyyət qoyulacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR