İndiyə qədər 835 dini qurum dövlət qeydiyyatından keçib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib.

DQİDK-dən Metbuat.az-a verilən məlumata görə, bu məqsədlə təşkil edilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Tədbirdə 26 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 835 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (Xristian – 20; Yəhudi – 8; Krişna – 1; Bəhai – 2) təmayüllüdür.

Bu gün DÇ-2018-də daha 2 oyun keçiriləcək - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR