"Riyad" Ticarət Mərkəzində yanğında 2 nəfər xəsarət alıb -

FHN bu gün gündüz saatlarında Xırdalanda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, məlumatda qeyd olunur ki, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb. Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR