ABŞ-da ağır qəza -

ABŞ-ın Nyu-Meksiko ştatında yol qəzası nəticəsində 3 nəfər ölüb, 22 nəfər yaralanıb.

Metbuat.az-ın məlumatına görə, hadisə Albukerke şəhərindən 30 km şimalda baş verib. Sərnişin avtobusu ilə minik avtomobili, pikap və yük avtomobili toqquşub.

Qeyd olunur ki, avtobusda 35 nəfər olub. Bütün yaralananlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri məlum deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR