Ağstafada partlamamış raket tapıldı

Ağstafada partlamamış raket tapıldı
05:13 16 İyul 2018
28 Ölkə
Ölkə mətbuatı
A- A+

İyulun15-də saat 15:43-də DİN-in ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağstafa rayonu, Tatlı kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Publika.az-a daxil olan məlumatda bildirilir ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd partlamamış 9M22U raketinin hissələri aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamış raketin tapıldığı yerin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/247467.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR