"Üç yol"da vuruldu

"Üç yol"da vuruldu
04:05 18 İyul 2018
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Yevlax şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında şəhərin "Üç yol" deyilən ərazisində qeydə alınıb.

Yevlax sakini, 1984-cü il təvəllüdlü Xaqani Tapdıq oğlu Məmmədov yolu keçmək istəyən zaman, şəhər sakini, 1958-ci il təvəllüdlü Telman Təyyar oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil onu vurub. Ağır xəsarət alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/668869.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR