"Hər şey daxil"də qonaq olan Roza Zərgərli sənətdən gedəcəyi vaxtı açıqlayıb.
Milli.Az xəbər verir ki, cazibədar ifaçı bu barədə Tolikin "Ola bilərmiki sənətdən gedəsən?" sualına cavab verərkən danışıb.
40 yaşlı Roza Zərgərli artıq 2 ilə yaxındır ki, bu barədə qərarını verdiyini deyib:
"45 yaşından sonra Roza Zərgərli şou-biznesdə olmayacaq. Sadəcə ola bilsin ki, ildə bir dəfə konsert verim öz tamaşaçılarım üçün. Amma daha efirlərdə, gündəmdə olmayacam".
Məhəmməd Vaqif
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: