“Azərbaycan mediası transmilli media məkanında rəqabət aparmağa qadirdir”

''Bu gün müasir Azərbaycan mediasının müasir nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmağa, transmilli media məkanında fəaliyyət göstərməyə qadirdir".

Metbuat.az xezerxeber.az-a istinadən xəbər verir ki, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Milli Mətbuatın yaradılmasının 143 illiyinə həsr edilən tədbirdə çıxışı zamanı bildirib.

Əli Həsənov qeyd edib ki, Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra əvvəlcə ulu öndər Heydər Əliyev, daha sonra isə prezident İlham Əliyevin sayəsində mətbuata göstərilən diqqət və qayğı Azərbaycanda mətbuatın, jurnalistikanın inkişafına böyük təkan verib.

Prezidentin köməkçisi Əli Həsənov bildirib ki, mətbuata, jurnalistikaya diqqət və qayğı bundan sonra da davam edəcək. Onun sözlərinə görə, dövlət daim jurnalistlərə dəstək olub, xüsusilə onların sosial ehtiyaclarının, mənzil problemlərinin aradan qaldırılması istiqamətində atılan addımlar təqdirəlayiqdir.

Milli Mətbuatın yaradılmasının 143 illiyinə həsr edilən tədbirdə millət vəkilləri, Azərbaycan mediasının nümayəndələri, eləcə də Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türkiyənin Qəzetçilər Birliyi və Anadolu Yayımçılar Dərnəyinin təşkilatçiligi ilə Bakıya gələn bu ölkənin 40-dan artıq jurnalisti də iştirak edib. Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan mətbuatının ildən-ilə inkişaf etdiyini qeyd edib.

Tədbirin davamında fərdi jurnalist yazılarının qalibləri mükafatlandırılıb. Mükafatlandırılma mərasimindən sonra bədii hissə baş tutub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR