Yəmənin Əl-Beyda şəhərində hökumət qüvvələrilə Husilər arasında qarşıdurma yaşanıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurmada ümumilikdə 40 nəfər həlak olub. Yəmən ordusunun yazılı açıqlamasında bildirilir ki, Səudiyyə Ərəbistanının rəhbərliyi altında koalisiya qüvvələri tərəfindən dəstəklənən hökumət qüvvələrinin Beydanın Əl-Məlacim rayonunun Husilərdən təmizlənməsi üçün həyata keçirdiyi əməliyyat nəticəsində yaranan qarşıdurmada 15 əsgər və 25 Husi üzvü dünyasını dəyişib.
Açıqlamada deyilir ki, hökumət qüvvələri bölgədə irəli gedə bilib və Husilərin tədarük yolundakı strateji nöqtə olan Affara 18 km-ə qədər yaxınlaşıblar. Hökumət tərəfindən qoyulan bəzi minaların patlaması nəticəsində bəzi əsgərlərin yaralandığı bildirilib, ancaq dəqiq sayı deyilməyib.
Qeyd edək ki, Beydada hökumət qüvvələri ilə Husilər arasındakı qarşıdurma bir neçə həftədir davam edir. Hökumət qüvvələri bir neçə istiqamətdən şəhər mərkəzinə doğru hərəkət etməyə çalışır.
Günay Elşadqızı / METBUAT.AZ