Bürclər
♈
Qoç
21 Mart - 20 Aprel
Qoç yüksələn bürc proqnozu
Yüksələn Qoç bürcü sizə dərhal fərq edilən hərəkətli və enerjili bir təbiət bəxş etmişdir. Fikirlərinizi dərhal tətbiq etmək istəyirsiniz. Atılqanlıq sizə önünüzdəki maneələri görməmək kimi qorxular verə bilər. Cəmiyyətdə dərhal maraq oyandırmaq və diqqət çəkmək sizin üçün asandır. Zəkanızın və canlılığınızın sizi üstün mövqeyə gətirməsi gözlənilməlidir. Parlaq rənglər və dəbdə olan geyimlər sizi çəkər. Sizin üçün "Mən" sözü çox əhəmiyyətlidir. Daima doğrunu siz bilərsiniz. Etdikləriniz və düşündükləriniz doğrudur. Başqaları sizin izinizdən getməlidir ! Hər şeydə və yerdə birinci olmaq istəyərsiniz. Lider olmaq başda gələn arzunuzdur. Olduğunuz şərtlər içində də öndər olmağı bacararsınız. Evinizdə, məktəbdə və işinizdə son dərəcə aktiv və hərəkətli olarsınız. Çox güclü, tələskən və o qədər diqqətsiz biriniz. İşlək zəkanız sizi praktik həllərə istiqamətləndirir. Müvəffəqiyyətli olma ehtirasınız və səyiniz gözə dəyər. Bu səbəblə həmişə qabaqda və diqqət çəkici olmalısınız. Yenə də tez maraqlanmaq və asan bezmək sizin tərzinizdir. Düşündüklərinizi dərhal tətbiq etmək istəyirsiniz. Yoxsa bunun hökmünün dərhal keçəcəyini hiss edərsiniz. Əslində siz davamlı yenilik axtaran birisiniz. Lakin səbirsizlik və diqqətsizlik səbəbi ilə əhəmiyyətli nöqtələri qaçırmaqdasınız. Dinlər kimi görünüb dinləməzsiniz. Arxanızı dönüb öz fikirinizi tətbiq edərsiniz. Şən, canlı, həyat dolu və comərd biriniz. Yaşlanmaq sizin üçün deyil. İdman etməyə və hərəkətli qalmağa diqqət göstərərsiniz. Bədən hərəkətləri də sizin üçün fikirlər qədər əhəmiyyətlidir. Xəstə olmaqdan xoşlanmazsınız və xəstə olmağı qəbul etməzsiniz. Düşünmədən reaksiya vermək və dərhal hirslənmək sizin təbiətinizdə vardır. Döyüşə hazır birisiniz. Yenə də kindar biri sayılmazsınız. Cəsarətiniz başqalarına güc verər amma davamlı mən deməniz də insanları bezdirər. Eşqdə ehtiraslı və olduqca qısqanc biriniz. Axtardığınızı tapınca sadiq, anlayışlı və mehriban bir həyat yoldaşı olarsınız. Sevilmək sizi motivasiya edər və müvəffəqiyyət verər. Macəra, azadlıq və risklər sizi çəkər. Yarışma və rəqabət də sizi çəkər. Narahat birisiniz və bəzən qorxularınız həddindən artıq ölçülərə çıxar. Xüsusilə həyatın sonundan çox qorxarsınız. Bunu bildirməməyə çalışarsınız. Yüksələn bürc sizə orta boylu və ya bir az uzun bir bədən quruluşu verir. Atletik bədən, geniş çiyinlər gözə dəyir. Üzünüz də uzun hətta kvadrat formalı olar. Saçlarınız qəhvəyi, orta və ya qalın tellidir. Gözləriniz və baxışlarınız təsirlidir. Qollarınız və qıçlarınız da güclüdür. Ümumiyyətlə üzünüzdə bir yara izi və ya xal ola bilər.
Top xəbərlər
Layihələr
Son xəbərlər
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
Bu gün
·
19:16
Ərdoğan Paşinyanla Antalyada görüşdü
Bu gün
·
19:15
Burada yemək üçün 5 il növbə gözləmək lazımdır
Bu gün
·
19:12
KTMT Ermənistanın səsvermə hüququnu dayandırdı
Bu gün
·
19:02
Noyabrın 12-də qaz olmayacaq - Bu ərazilərdə
Bu gün
·
18:16
Prezidentin COP31-də iştirakından VİDEO
Bu gün
·
18:13
Prezidentin Türkiyəyə səfəri başa çatdı - FOTO
Bu gün
·
18:08
Yollarda görünüş məsafəsi azalacaq
Bu gün
·
17:27
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
Bu gün
·
17:11
98 il yaşayan azərbaycanlı general - Maraqlı faktlar
Bu gün
·
16:55
Məktəblər üçün 146-4 dəstək xətti yaradıldı
Bu gün
·
16:44
Soyuqda kombi yandırmırlar - Evləri bu ucuz yolla isidirlər
Bu gün
·
16:25
Xocavənddə mina partladı - BİRGƏ MƏLUMAT / YENİLƏNİB
Bu gün
·
16:24
Həyatında böyük dönüş yaşayacaq 3 bürc
Bu gün
·
16:18
Bakıda yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
16:01