Bürclər

Buğa
21 Aprel - 21 May
21 Aprel - 21 May
Yüksələn bürc proqnozu
Sizi qərarlı, ayağını yerə möhkəm basan, etibarlılıq axtaran biri olaraq görərlər, Təbii ki ağız dadınızı bilən və boğazını sevən biri də olduğunuz qətidir! Böyük bir sərvət sahibi olmaq və ləzzətli yeməklər yemək həyatınızın təməl instinktləridir. Siz son dərəcə inadkarsınız. Yaxşıca düşünüb daşındıqdan sonra hədəfiniz olan yerə çatmaqdan əsla imtina etməzsiniz. Önünüzə çıxacaq maneələri bir-bir aşacaq gücünüz də vardır. Təbii ki, qarşınızdakı sizdən daha güclü olsa vəziyyət dəyişə bilər. Çox möhkəm sayılırsınız. Ağır və özündən əmin addımlarla və səbirlə irəliləyəcəksiniz. Hədəfinizə inanmaq qədər çalışmaq da sizin tərzinizdir. Bildiyinizi heç kəsə verməyən birisiniz. Maneə tanımırsınız. Güvən içində olmaq sizin üçün çox əhəmiyyətlidir. Bunları təmin edəcək olanlar da pul və mal mülkdür. Həyatın mübarizəsi bu iki mövzu üzərində davam edəcəkdir. Bunun nəticəsində də etibarsızlıq duya bilərsiniz. Gərəksiz qayğılara qapılmaq və əlinizdəkiləri itirmək sizi qorxudar. Tələsmək və təlaş sizə görə deyil. Ağıllı olmaqdan çox pragmatik davranmaq işinizə yarayır. Sizi çox mühafizəkar biri olaraq görürlər. Bu səbəblə sevdiklərinizin həyatını pisləşdirmə ehtimalınız vardır. Xüsusilə eşqdə eyni şeyləri qarşınızdakı insandan da gözləyərsiniz. Sizi məşğul edən mövzulardan qurtulmanız olduqca çətindir. Bütün məntiqli şərhlər sizin üçün heç bir əhəmiyyət daşımır. Doğru bir şeyi sizə izah etmək, gerçəkləri qəbul etdirmək və sizi rahatlatmaq son dərəcə çətindir. Fikirlərinizin sanki əsiri olarsınız. Başqalarını dinlər amma yenə bildiyiniz yoldan gedərsiniz. Hər vaxt mühafizəkar və köhnəyə bağlı fikirlərinizə dönərsiniz. Sizin vərdişlərinizin dəyişdirilməsi sanki qeyri-mümkündür. Bu mövzularda son dərəcə hökm edici və sərt davranarsınız. Bu vəziyyət başqa insanların sizə dözməyini çətinləşdirir. Dərin duyğulara sahibsiniz. Bağlandığınız adamdan qopmanız çox çətindir. Sevilmək də sizin üçün əhəmiyyətlidir. Sevgidə müvəffəqiyyətsizlik sizi daha inadkar və çəkilməz edəcəkdir. Bu mövzuda ehtiraslısınız və sevdiyinizlə birlikdə ikən xoşbəxtsiniz. Ayrı qaldınızmı başınızda şübhələr meydana gəlməyə başlar. Bu səbəblə olduqca qısqanc biri olarsınız. Sağlam və güclü bir təbiətiniz vardır. Asan asan xəstə olmazsınız. Olsanız da tez yaxşılaşıb qalxarsınız. Təbiəti çox sevərsiniz. Yaşlanmağı qəbul etməyən tiplərdənsiniz. İşləməkdən şəkinməyən birisiniz amma, rahatlıq da sizi çəkər. Sənət sahələrinə uyğun birisiniz Ümumiyyətlə sakit birisiniz amma yaxşı olar ki sizin əsəbi tərəfinizi görməsinlər. Sakitləşməyiniz çox çətindir. Ev və ailəyə düşkün insanlardansınız. Gözəl və rahat bir ev sizi çəkər. Cəmiyyət qaydalarına və dəyərlərinə qarşı hörmətli davranarsınız. Sizin görünüşünüzdə qalın və qısa bir boyun diqqəti çəkər. Çiyinləriniz geniş, bədəniniz enli və bəstəboydur. Saçlarınız ümumiyyətlə şabalıd rəngində və tünddür. Bədəniniz buğda rəngli və tünddür. Buğa bürcü yüksələni qadınlara cazibədarlıq və gözəllik verərkən kişiləri də yaraşıqlı edər.


Sənətə öz gücümlə gəlmişəm, bəziləri kimi başqa yollardan keçməmişəm -
aktrisa Arzu Abdulova ilə MÜSAHİBƏ

“Jurnalist sorğusuna diqqətlə yanaşmaq, operativ reaksiya vermək lazımdır”
- Qulu Xəlilovla MÜSAHİBƏ / Fotolar

"Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur"
- Azərbaycanlı müğənnidən FLAŞ açıqlamalar / MÜSAHİBƏSon xəbərlər »

"Razı olsam, anam vətənə qayıtmağıma icazə verməz" -
18 Avqust 2022
20:14

Azərbaycan ordusunun hərbçisi qətlə yetirildi -
18 Avqust 2022
19:30

DÇ-2022 üçün indiyədək satılmış biletlərin sayı açıqlandı
18 Avqust 2022
19:04

Şəkidə respublika toxum sərgi-satış yarmarkası keçirilib -
18 Avqust 2022
18:54

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib -
18 Avqust 2022
18:45

Bərdədə fermerlərə təlim keçirilib -
18 Avqust 2022
18:35

ASCO "YAŞAT" düşərgəsində şəhid övladları üçün təqdimatlarla çıxış edib -
18 Avqust 2022
18:24

Bakı metrosu 1 milyon dollarlıq idarəetmə panelləri alır
18 Avqust 2022
18:07

Binəqədidə uzunluğu 800 metr olan yol təmir edilir -
18 Avqust 2022
17:55

Lənkəranda narkotik satan 8 nəfər saxlanılıb
18 Avqust 2022
17:47