Bürclər

Oxatan
23 Noyabr - 22 Dekabr
23 Noyabr - 22 Dekabr
Yüksələn bürc proqnozu
Siz həyata optimist eynəklə baxan, aristokrat yaradılışlı, hər kəsi dost qəbul edən, yoldaş canlısı, istiqanlı və səmimi biriniz. Olduğunuz kimi görünməkdən xoşlanırsınız və insanlara tez inanırsınız. Mərd olub onları incitməkdən qaçınırsınız. Haqsızlıq etmək sizin üçün dünyadakı ən son iş sayılır. Başqa insanlardan da belə olmalarını gözləyirsiniz. Hərəkətli, şən və zarafatcılsınız. Olduğunuz mühitə tez alışırsınız. Zarafatlar etdiyiniz kimi bəyənmədiyiniz şeyləri də lağa qoya bilirsiniz. Ümumiyyətlə sözlərinizdə ağrıtmayan amma insanlara toxunan zarafatlar vardır. Qisasınızı sözlərlə almağı istəyərsiniz. Cüt xarakterli və dəyişən quruluşunuz sizi iki növ insan edə bilər. Birincisi romantik və içinə dönük biridir. Utancaq və həssasdır. İkincisi isə cəsur, atəşli, tədbirsiz, qüruruna toxunduqda sözünü əsirgəməyən biridir. Bunlardan biri yerinə görə ortaya çıxa bilər. Yüksələn Oxatan üçün azadlıq da çox əhəmiyyətlidir və bunun məhdudlaşdırılması belə onu dəliyə çevirə bilər. Yüksələn Oxatan bürcü insanı olaraq səyahət etməkdən, macəralar yaşamaqdan və gəzib görməkdən böyük zövq alırsınız. Əslində sizin macəra arxasında qaçmanıza ehtiyac yoxdur çünki, macəra gəlir sizi tapır. Hər səfərin sonunda izah etməyə dəyəcək bir şeylər taparsınız. Oxatan Yüksələn ilə səfər etmək həqiqətən zövqlüdür. Sizə həyat bir çox şey verəcək. Elə hadisələr qarşınıza çıxacaq ki bunlardan dərin təcrübələr əldə edəcəksiniz. Bu da sizə həyatın yalnız əyləncə olmadığını göstərəcək. Yaşadığınız təcrübələrdən dərs alacaq və eyni səhvləri etməməyə çalışacaqsınız. Sonunda bir gün gələcək yetkinləşəcəksiniz. Yenə də həyatın hər zamanında hər vaxt yaydan atılmağa hazır bir ox kimi olacaqsınız. Siz pəncərələri bağlı bir evdə rahat ola bilməzsiniz. Təbiət hər istiqaməti ilə sizi çəkəcəkdir. Maddi və mənəvi olaraq məhdudlaşdırılmaq, müstəqilliyin əlinizdən alınması və məsuliyyət altında qalmaqdan çəkinəcəksiniz. Bu səbəblə müəyyən bir yerə və adama kor-koranə bağlanmaq sizin üçün deyil. Bununla birlikdə sevdiyiniz insan ilə birgə olmaq və gözəllikləri paylaşmaq da sizə zövq verəcək. Cəlbedici olmaq və sevilmək istəyirsiniz. Sevdiyiniz insan hər şeyini sizinlə paylaşmalıdır. Bunu tapa bilməsəniz mühitdən ayrılmaq daha düzgün olacaqdır. Siz atəşli bir sevgilisiniz və sevincə tam sevərsiniz. Həm sevgili həm də yaxşı bir dost olarsınız. Sevdiyiniz üçün hər fədakarlığı edərsiniz və onu itirmək istəməzsiniz. Bu vaxt iki əlaqəni yaşamağınız mümkündür. Gizli eşq macəraları sizi çox yaralayacaq. Sevgidə axtardığınızı tapa bilməzsəniz budaqdan budağa qona bilərsiniz. Qərarsız, tələskən, dəyişkən və maraqlı birisiniz. Bunu eşqdə də göstərərsiniz. Sevdiyiniz zaman comərd biri olarsınız. Sizi din, fəlsəfə, astroloji və təbiət üstü mövzular çox çəkəcəkdir. Yalnız öyrənməklə qalmayıb yaxşı bir təlimçi də olarsınız. Altıncı hissiniz də çox güclüdür və əvvəldən hiss edərək hadisələri qavraya bilərsiniz. Həyatda tanınan biri olmaq istəyərsiniz və həyatınızda daim daha genişləyən və böyüyən məşğuliyyətlər olacaqdır. Yüksələn Oxatan sizə uzunsov bir bədən verəcək. Bədəniniz incə və formalıdır. Alnınız açıq və burnunuz formalıdır. Rənginiz buğdayı və ya tünd rənglidir. Saçlarınız qəhvəyi və ya şabalıd rəngində olar. Kişilərin saçları gənc yaşlarda gicgahlardan açılmağa başlar. Əlləriniz və ayaqlarınız formalıdır. Oxatanların şans dişləri deyilən ön iki dişləri daha iri və diqqətəçarpan olur. Siz də gülər üzlü və simpatik biri olmalısınız.


Sənətə öz gücümlə gəlmişəm, bəziləri kimi başqa yollardan keçməmişəm -
aktrisa Arzu Abdulova ilə MÜSAHİBƏ

“Jurnalist sorğusuna diqqətlə yanaşmaq, operativ reaksiya vermək lazımdır”
- Qulu Xəlilovla MÜSAHİBƏ / Fotolar

"Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur"
- Azərbaycanlı müğənnidən FLAŞ açıqlamalar / MÜSAHİBƏSon xəbərlər »

"Razı olsam, anam vətənə qayıtmağıma icazə verməz" -
18 Avqust 2022
20:14

Azərbaycan ordusunun hərbçisi qətlə yetirildi -
18 Avqust 2022
19:30

DÇ-2022 üçün indiyədək satılmış biletlərin sayı açıqlandı
18 Avqust 2022
19:04

Şəkidə respublika toxum sərgi-satış yarmarkası keçirilib -
18 Avqust 2022
18:54

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib -
18 Avqust 2022
18:45

Bərdədə fermerlərə təlim keçirilib -
18 Avqust 2022
18:35

ASCO "YAŞAT" düşərgəsində şəhid övladları üçün təqdimatlarla çıxış edib -
18 Avqust 2022
18:24

Bakı metrosu 1 milyon dollarlıq idarəetmə panelləri alır
18 Avqust 2022
18:07

Binəqədidə uzunluğu 800 metr olan yol təmir edilir -
18 Avqust 2022
17:55

Lənkəranda narkotik satan 8 nəfər saxlanılıb
18 Avqust 2022
17:47