Şəmistan Əlizamanlı
Müğənni
1988-günümüz
"Əsgər marşı","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab Leytenant", "And içirəm", "İgid oğlum, leytenantım", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə"
"Çağırır vətən" "Vətən əmanəti" "Ana yurdum"
"Qafqaz dağı yol ver bizə" "İgid əsgər möhkəm dayan" "Çırpınırdı Qara dəniz" "Gülüstan" "Ya Qarabağ, ya ölüm"
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993) Qudyalçay (film, 2001) Koroğlu (film, 2003)
Ad,Soyad Şəmistan Əlizamanlı
Yaş 4 Fevral 1959 (65 Yaş )
Doğulduğu yer Gürcüstan Respublikasının Marneuli rayonu
Vəzifə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı
Yenilənmə tarixi 10-01-2017

Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. 1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.

Şəmistan Əlizamanlı bir çox tanınmış hərbi vətənpərvərlik mahnılarını ("Əsgər marşı","And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab Leytenant", "And içirəm", "İgid oğlum, leytenantım", "Sıravi Əhməd", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və s.) ifa edir.

Azərbaycan Milli Ordusunun hərbi hissələrində onun mahnıları səslənir. O, həmçinin bir sıra kliplərin və musiqili kompozisiya şəklində olan şeirlər toplusunun da müəllifidir.

Şəmistan Əlizamanlı kinematoqrafçıların çəkdikləri "Bəd xəbərlər gətirən qəribə adamlar", "Qudyalçay", "Koroğlu" və s. onlarla sənədli filmlərinin səsləndirilməsində, "Dahi sərkərdələr" (Böyük Britaniya) filminin dublyajında iştirak edibdir.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Aqil Quliyev'in döyüş yolundan bəhs edən sənədli film (2011), "Qəhrəman kənd - Əlibəyli" (2013) adlı sənədli film onun iştirakı ilə ölkə ictimaiyyətinə təqdim edilibdir.

1998, 1999 və 2002-ci illərdə Almaniyada, Türkiyə Cümhuriyyətinin müxtəlif şəhərlərində, Rusiyanın bir çox vilayətlərində, Qazaxıstanda, Ukraynada, Türkmənistanda səfərlərdə olub və konsert proqramları ilə çıxış edib. İsveçrədə "Beynəlxalq Musiqi Festivalı"nda, müxtəlif ölkələrdə keçirilən Türk Xalqlarının Qurultaylarında iştirak edib. Ukraynanın Donetsk şəhərində Dünya Azərbaycanlıları Konqresinin qurultayında konsert proqramı ilə çıxış edib.

997-ci ildə şair-publisist Rəşid Faxralının müəllifi olduğu "Diqqət! Diqqət!.." adlı kitab nəşr olunubdur. Kitabda hərbi diktor Şəmistan Əlizamanlının səsinin fonunda müharibənin görünən və görünməyən məqamları öz əksini tapmışdır.

Azərbaycanın Məmməd Araz, Nizam Paşa Mutlutürk və digər tanınmış yazıçı və şairləri Şəmistan Əlizamanlıya şeir və məqalə həsr etmişlər.