Portuqaliyada kiçik çayın üzərində qurulmuş taxta körpüdən keçdikə yalnız ölkə deyil, saat qurşağı da dəyişir.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, 3,5 metr uzunluğunda olan körpü Portuqaliya ilə İspaniyanı birləşdirir. Hər iki ölkə Avropa İttifaqına üzv olduğundan sərhəddə nəzarət məntəqəsi yoxdur, pasport yoxlanışı tələb edilmir. Ancaq körpüdən keçdikdə yalnız ölkə yox, həm də saat qurşağı dəyişir. Çünki İspaniya Orta Avropa Saatını (UTC+1), Portuqaliya isə Qərbi Avropa Standart Saatını (UTC+0) istifadə edir.
Portuqaliya bu qeyri-adi körpü barədə təqdimat videosu da hazırlayıb.
Həmin videonu təqdim edirik: