Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatının son günündə Azərbaycanın üç yunan-Roma güləşçisi qızıl medal uğrunda yarışacaqlar.
Metbuat.az xəbər verir ki, Nihat Məmmədli (60 kq, Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa çalışacaqlar.
Ülvi Qənizadə isə (72 kq) bürünc medal uğrunda mübarizə aparacaq.