Almaniya Silahlı Qüvvələri 2029-cu ilə qədər mümkün hərbi münaqişədə iştirak üçün tam döyüş hazırlığına gətirilməlidir.
Metbuat.az xəbər verir ki, bu barədə "Welt" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ölkənin baş inspektoru 2029-cu ilədək Bundesveri tam hazır vəziyyətə çatdırmalıdır.
Eyni zamanda, Bundesverin baş inspektoru Karsten Broyer Rusiyadan gələn potensial təhdidə diqqət çəkərək bildirib ki, Rusiya ordusunun 2026-cı ilə qədər, müharibədən əvvəlki səviyyə ilə müqayisədə, iki dəfə güclənəcəyi gözlənilir. (APA)