Amerikalı aktyor Nicky Katt 54 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, onun ölüm səbəbi hələ açıqlanmayıb.
Qeyd edək ki, Katt 1993-cü ildə Richard Linklaterin "Dazed and Confused" filmi ilə şöhrət qazanıb. 2018-ci ildə "Casual" adlı komediya serialının bir bölümündə rol alıb. Bundan sonra aktyorluq fəaliyyətini dayandırıb.