Qazaxıstanın cənub bölgəsində yerli vaxtla saat 09:23-də (Bakı vaxtı ilə 07:23) 3 maqnitudalı zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Zəlzələnin episentri Almatı şəhərindən 673 km cənub-qərbdə, Tacikistan ərazisində yerləşib.