İsrail ordusu atəşkəs üçün Netanyahuya müraciət etdi

İsrail ordusunun baş nazir Benyamin Netanyahuya “Hizbullah”la atəşkəsə nail olmaq üçün doğru zaman olduğunu dediyi iddia edilib.

Metbuat.az xəbər verir ki, bu barədə İsraildə yayımlanan "Kanal 12" televiziyası Netanyahuya yaxın bir məmura istinadən məlumat verib. Xəbərdə, ordunun Livan sərhədi boyunca “Hizbullah” infrastrukturunu məhv etməyə nail olduğu, “Hizbullah”ı geri çəkilməyə məcbur etməklə İsrailin şimalına hücum ehtimalının aradan qaldırıldığı və “Hizbullah”ın raket arsenalının əhəmiyyətli dərəcədə azaldığı iddia edilib. Həmçinin, ordunun “Hizbullah”la atəşkəs üçün "doğru zaman" olduğunu, lakin atəşkəs prosesinin uğursuzluqla nəticələnəcəyi təqdirdə ordunun Livanda hücumlarını genişləndirmək planlarının olduğu da iddia edilib.

İsrail mətbuatının məlumatına görə, “Hizbullah”la atəşkəs razılaşmasını qəbul etmək üçün Təhlükəsizlik Kabineti toplanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı