Məleykə Əsədova
Aktyor

1989-günümüz
Dilarə ("Əcəb işə düşdük", Şıxəli Qurbanov),
Zərifə ("Nişanlı qız", Sabit Rəhman),
Nübar ("Məhəbbət yaşadır", Nahid Hacızadə),
Şahanə ("Ana intiqamı", Vidadi Babanlı),
Kordeliya ("Kral Lir", Vilyam Şekspir),
Şirin ("Fərhad və Şirin", Səməd Vurğun),
Selcan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə),
Çılğın ("Dar ağacı", Bəxtiyar Vahabzadə),
Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə),
Gültəkin ("Aydın", Cəfər Cabbarlı),
Züleyxa və Kleopatra ("Misir gecələri", Məmməd Səid Ordubadi, Nazim Hikmət, Vilyam Şekspir).
Jalə ("Yad qızı", Orxan Kamal),
Əfsanə ("İtkin gəlin" Əlibala Hacızadə),
Cavidan ("Dodaqdan qəlbə", Rəşad Nuri Güntəkin),
Sara ("Apardı sellər Saranı", Kəmalə Ağayeva),
Xurşidbanu Natəvan ("Güllələnmiş heykəllər", Hüseynbala Mirələmov)
Azərbaycan Respublikasının Əməkdar Artisti (1998), Xalq Artisti (2000), Cəfər Cabbarlı adına Mükafat (2014), 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.
Azərbaycan Dövlət Akademik Milli Teatrının aktrisası, xalq artisti, eyni zamanda müğənnilik edən Məleykə Əsədovanın iş adamı ilə ailə həyatı qurması böyük səs-küy yaratmışdı. Qeyd edək ki, xalq artistinin həyat qurduğu şəxs ondan əvvəl ailəli olub və övladları var. M.Əsədova da ailə qurarkən bundan xəbərdar olub. Çox qısa müddət davam edən bu evlilikdən M.Əsədovanın bir qızı dünyaya gəlib. Aktrisa ailə həyatının sona çatmasını uzun müddət gizlətsə də, sonradan bunu təsdiqləyib.
Ad,Soyad | Məleykə Əsədova |
Yaş | 23 Aprel 1967 (58 Yaş ) |
Doğulduğu yer | Neftçala |
Vəzifə | Aktrisa |
Boy | 170 |
Çəki | 58 |
Yenilənmə tarixi | 19-01-2017 |
Məleykə Əlifağa qızı Əsədova 1967-ci il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.
1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Məleykə Əsədova 1989-cu ildə Dövlət Gənclər Teatrının truppasına daxil olub. Bu kollektivdə çalışan aktrisa teatrın beş tamaşasında rol oynayıb. Həmin səhnə obrazları aşağıdakılardır:
- Gültəkin ("Aydın", Cəfər Cabbarlı),
- Nəzifə ("Dağ tikirik", Vaqif Səmədoğlu),
- Tamara ("Dadaşbala əməliyyatı", Rəhman Əlizadə),
- Sədəf (Sultanqulu körpüsü, İsi Məlikzadə),
- Leyli ("Leyli və Məcnun", Məhəmməd Füzulinin eyniadlı poeması əsasında dramatik kompozisiya).
Son xəbərlər »

Planetlərdə suyun axtarışı üçün yeni üsul hazırlandı
09 Aprel 2025
03:19

"Arsenal"dan fantastik qələbə, "Bavariya" məğlub oldu -
09 Aprel 2025
01:15

EIB Azərbaycana investisiyaların həcmini açıqladı
09 Aprel 2025
00:25

ABŞ Panama kanalını geri alacaq -
08 Aprel 2025
23:53

Çin ABŞ-nin həmləsinə sərt cavab verdi
08 Aprel 2025
23:45

Əzizağa Quliyev vəfat etdi -
08 Aprel 2025
23:42

Netanyahu ABŞ səfərindən əliboş qayıtdı -
08 Aprel 2025
23:28

Azərbaycan millisi Monteneqro ilə heç-heçəyə razılaşdı
08 Aprel 2025
23:12

ABŞ bu ölkəni bombaladı
08 Aprel 2025
22:43

Sabiq deputatın qızı anasını axtarır -
08 Aprel 2025
22:28