Netanyahu ABŞ səfərindən əliboş qayıtdı - KİV

İsrail mediası baş nazir Benyamin Netanyahunun ABŞ səfərindən əliboş qayıtdığını irəli sürüb.

Metbuat.az xəbər verir ki, İsrail baş nazirinin ofisinin məlumatına görə, Netanyahu Macarıstana səfərini başa vurduqdan sonra Prezident Donald Trampın dəvəti ilə ABŞ-a uçub. Netanyahu jurnalistlərə açıqlamasında gömrük tarifləri, Qəzzada atəşkəs danışıqları, israilli məhbusların vəziyyəti, Suriyada Türkiyə ilə İsrail arasında artan gərginlik və İranı müzakirə etdiklərini bildirib. Netanyahunu qonaq edən Tramp mətbuata verdiyi birgə açıqlama zamanı açıqlamalarla diqqət çəkib.

İsrail mediası Trampın Ağ evdə kameralar qarşısında Netanyahunu aşağıladığını və Netanyahunun görüşü əliboş tərk etdiyini irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı