Müslüm Maqomayev
Müğənni
1962 — 2008
Figaro's Cavatina, Se tu m'ami, A Vuchella, А я всю жизнь искал тебя, Ah, mio cor, Amarilli, Ариозо Дон Жуана, Ариозо Мизгир, Ариозо Онегинo, Ариозо Папагено, Ария Аслан - шаха, Ария Дона Базилио, Ария Фигаро, Ария Гасанхана, Ария Гремина, Ария Каскара, Ария князя Игоря, Ария Кончака, Ария Лепорелло, Ария Мардана, Ария Риголетто, Арзу, Атлант, Аве Мария, Azerbaycan, Азербайджан, Без тебя, Благодарю тебя, Благословляю вас, леса, Будь со мной, Букет, Caro mio ben, Чатануга чу - чу, Чертово коле, Come raggio di sole, Что взгрустнулось тебе, Чья вина, Давным - давно, День ли царит, День Победы, Дивлюсь я на небо, До свиданья, Москва..., Домик в деревне, Элегия, Эпиталама Виндекса, Еще не вечер, Если повезет чуть - чуть, Есть глаза у цветов, Этот День
Abşeron ritmləri (film, 1970) (tammetrajlı musiqili-bədii televiziya filmi) - mahnı ifa edən, Azərbaycan incəsənəti (film, 1970), Azərbaycan naminə! (film, 2004), Bəstəkar Müslüm Maqomayev (film, 1977), Burulğan (film, 1986), Dostluq himni (film, 1974), Əliyevin əli (film, 2000), Gümüşgöl əfsanəsi (film, 1984), İntibah (film, 1972), İstanbul reysi (film, 2010), Konsert proqramı (film, 1971) (II), Mənim atam Əliövsət Sadıqov (film, 2007), Müslüm Maqomayev (film, 2002), Nə gözəldir bu dünya... (film, 1999), Nəğməkar torpaq (film, 1981), Nizami (film, 1982), Oxuyur Müslüm Maqomayev (film, 1971), Payız konserti (film, 1962), Rəşid Behbudov 20 il əvvəl (film, 1996), Rəşid Behbudov ulduzu (film, 1996), Sonuncu şahid (film, 2004), Tənha ruh (film, 1998), Təxribat (film, 1990), Ürək nəğməsi (film, 1989), Üstü bəzək... (film, 1990), Üzeyir ömrü (film, 1981), Yarımçıq qalmış mahnı (film, 1979), Yaşa, qızıl balıq (film, 1988), Yeni görüşlərədək, Müslüm! (film, 1963)
Azərbaycan SSR əməkdar artisti (1964), "Qırmızı Əmək Bayrağı" ordeni (1971), Azərbaycan SSR xalq artisti — 29.04.1971, SSRİ xalq artisti (1973), "Xalqlar Dostluğu" ordeni (1980), "Şöhrət" ordeni (1997), "Şərəf" ordeni (Rusiya) (26 dekabr 2002), "İstiqlal" ordeni (2002)
Görkəmli musiqiçi və dirijor Müslüm Maqomayevin nəvəsidir. 18 yaşında gənc və xarici görünüşcə yaraşıqlı olan Müslümün yeniyetmə qızlar arasında çoxlu pərəstişkarı vardı. Elə bu yaşda Müslim ilk məhəbbətinə rast gəlir. O, konservatoriyada özü ilə eyni kursda oxuyan romantik ada malik Ofeliyaya vurulur. Onlar evlənmək qərarına gələndə, Müslümün nənəsi Bəydigül bundan elə qorxur ki, sevimli nəvəsinin pasportunu gizlədir. Lakin böyük məhəbbət evliliklə sonuclanır. Bu nikahdan onların bir qız övladı dünyaya gəlir – Marina. Müğənninin ilk evliliyi cəmi 1 il sürdü, 1962-ci iləd Müslüm-Ofeliya cütlüyü həmişəlik ayrıldı... Bəzi məlumatlara görə, hətta SSRİ mədəniyyət naziri Yekaterina Furtseva da Müslümə əməlli-başlı aşiq olubmuş! Müslüm Maqomayevin həyatında əsas qadın onun 34 il birgə yaşadığı ömür-gün yoldaşı Tamara Sinyavskaya oldu. Məşhur opera ifaçısı, SSRİ xalq artisti Tamara Sinyavskaya ilə Müslüm 1972-ci ildə Bakı Filarmoniyasında tanış olur. 23 noyabr 1974-cü ildə onlar nikah bağladılar və həmin gün təxminən 100 nəfərin iştirakı ilə Moskva restoranlarının birində toy oldu. Ömrünün sonuna qədər Tamar xanım ilə birlikdə yaşamışdır.
Ad,Soyad Müslüm Maqomayev
Yaş 17 Avqust 1942 (82 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə müğənni, opera müğənnisi, bəstəkar
Yenilənmə tarixi 27-12-2016

Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.

19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.

1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.

1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.

Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.

1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanmışdı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.

Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.

Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.

O, Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.

Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evlənmişdi.

Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.