21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Ozan Can Kökçünün danışıq apardığı klubun adı bəlli olub.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, "Bursaspor"da güclənə bilməyən futbolçu karyerasını "Giresunspor"da davam etdirə bilər. "İnegölspor"un təklifinə rədd cavabı verən gənc futbolçu, "Giresunspor"la danışıq aparmağa razılıq verib. O, TFF I liqasında mübarizə aparan klubla müqavilə imzalamağa yaxındır. Ozancanla danışıqlar müsbət yekunlaşsa, "Giresunspor"da icarə əsasında oynayacaq.

Qeyd edək ki, Ozan Can Kökçü ötən mövsümü icarə əsasında Hollandiyanın "Valveyk" klubunda keçirib.

Milli.Az