Bakıda çay evində yanğın olub

Bakıda çay evində yanğın olub.

FHN-dən Metbuat.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 834 m² olan üçmərtəbəli tikilinin (çay evi kimi fəaliyyət göstərir) mətbəxində lambirdən ibarət tavan 2 m² sahədə və 2 p.m elektrik kabeli yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR