Ailəsi ilə dalaşdı, təyyarəni evinə çırpdı - ABŞ-da qəribə intihar

Ailəsi ilə dalaşdı, təyyarəni evinə çırpdı - ABŞ-da qəribə intihar
10:22 14 Avqust 2018
105 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Utah ştatında ailəsi ilə dalaşdıqdan sonra polis tərəfindən saxlanılan pilot intihar edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ifadəsi alındıqdan sonra sərbəst buraxılan pilot təyyarəni öz evinə çırpıb.

42 yaşlı pilotun adı Dueyn Yoddur. Yod bir gün əvvəl ailədaxili şiddətə görə saxlanılmışdı. Bu gün səhər saatlarında isə azadlığa buraxılıb. O, azadlığa buraxılan kimi təyyarəni evinə çırparaq intihar edib.

Polisdən verilən məlumata əsasən "Spanish Fork" hava limanındakı təyyarəni havaya qaldıran Dueyn onu yaşadığı evə çırpıb. Xoşbəxtlikdən evdə olan iki nəfər sağ qalıb. 

Hadisə şahidləri isə insidentdən sonra böyük yanğın başladığını və evin istifadəsiz hala çevrildiyini bildiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/676355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR