“İŞİD” ABŞ hərbçilərinin “Twitter”ini dağıtdı

“İŞİD” ABŞ hərbçilərinin “Twitter”ini dağıtdı
23:04 12 Yanvar 2015
172 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının “Twitter” sosial şəbəkəsindəki bloqu dağıdılıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, səhifəni dağıdan xakerlər bunu “İŞİD”-in adından etdiklərini bildiriblər.

 

Səhifədə təhdidlərlə dolu bəyanatlar dərc edilib. Bundan əlavə, xakerlər hərbi qulluqçuların adları və telefon nömrələri, habelə komandanlığın xəritəsini bloqda yerləşdiriblər. Hazırda dağıdılmış bloqun fəaliyyəti dayandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR