“ICTnews” Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, əksər istifadəçilər (47%) “Android” sistemindən imtina edərək “iOS” platformasına keçidi “alma” şirkətinə məxsus əməliyyat sisteminin daha rahat və komfort iş sistemi ilə izah ediblər. Respondentlərin 30%-i “iOS”dan “Android”ə keçidi, həmçinin eyni səbəblə izah ediblər.
Respondentlərin 29%-i bildirib ki, istifadəçilər çox vaxt “iPhone” əvəzinə “Android” smartfonları ona görə satın alırlar ki, sonuncuların satış qiyməti daha ucuzdur.
Rəyi soruşulanların təxminən 24-25%-i bildirib ki, yeni smartfon satın aldıqda daha yaxşı funksiyalara (kamera, dizayn və sairə) çıxış əldə etmək məqsədilə mobil əməliyyat sistemini dəyişdiriblər.
Emil Hüseynov