"Qarabağ" klubu "Şerif"lə oyunöncəsi ciddi itki ilə üzləşib

"Qarabağ" klubu Moldova "Şerif"i ilə keçirəcəyi Avropa Liqasının "play-off" mərhələsinin cavab oyunundan əvvəl daha bir ciddi itki ilə üzləşib. "Neftçi" ilə çempionat oyununda komandanın ispaniyalı yarımmüdafiəçisi Markos Miçel zədələnib.

Metbuat.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov bildirib.

O, ispaniyalı futbolçunun ən azı 15 günədək sıradan çıxdığını bildirib. 46 yaşlı müdafiəçi ilk görüşdə zədəli olduğu üçün start heyətdə meydana çıxa bilməyən Abdullah Zubirin də durumuna aydınlıq gətirib. O, mərakeşli yarımmüdafiəçini "Neftçi" ilə Topaz Premyer Liqasının III tur matçında riskə atmaq istəmədiyini söyləyib:

"Onu meydana buraxmağa ehtiyatlandıq. "Şerif"lə cavab görüşünə tam hazır olma ehtimalı böyükdür".

Avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 21:00-da başlanacaq.

Toy günü bəy maşınının arxasına görün nə yazdırdı - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR