“Beşiktaş”da məşqçi axtarışları davam edir.
Metbuat.az xəbər verir ki, “Beşiktaş”ın Nuri Şahini kluba gətirməyə maraqlı olduğu iddia edilib. Türkiyə mediasının məlumatına görə, “Beşiktaş” rəhbərliyi Nuri Şahin və hazırda onun işlədiyi Dortmund “Borussiya”sı ilə əlaqə saxlayıb. Tərəflər Nur Şahinin “Beşiktaş”a mümkün gəlişini müzakirə ediblər. Bildirilir ki, “Beşiktaş” yerli məşqçilər arasında hazırda Dortmund “Borussiya”sında köməkçi məşqçi işləyən Nuri Şahinə üstünlük verəcək.
Qeyd edək ki, “Beşiktaş”ın məşqçi namizədləri arasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da var. İstanbul təmsilçisinin Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür bununla bağlı açıqlama vermişdi.