“Real Madrid”in futbolçusu Vinisius Junior Səudiyyə Ərəbistanı klublarının 1 milyard avroluq təklifini rədd edib.
Metbuat.az xəbər verir ki, futbolçunun “Real”da qalmaq istədiyi irəli sürülür. Məlumata görə, “Əl-Hilal” futbolçu üçün 5 il müddətinə 1 milyard avro təklif edib. İspaniya mətbuatının məlumatına görə, Vinisius Junior “Real”la yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb. İddialara görə, tərəflər arasında danışıqlar məhsuldar alınıb. Xəbərdə deyilir ki, Vinisius Səudiyyə Ərəbistanına getməkdənsə, “Real”la 2-3 illik müqavilə imzalamaq istəyir.
Qeyd edək ki, Vinisius Juniorun “Real”la müqaviləsi 2027-ci ildə yekunlaşır.