Mourinyo ulduz futbolçulara qapını göstərdi - Heyət dəyişir

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo artıq növbəti mövsüm üçün heyəti qurmağa başlayıb.

Metbuat.az xəbər verir ki, Mourinyo bir neçə futbolçu ilə yolların ayrılmasına qərar verib. "Sabah" qəzetinin məlumatına görə, portuqaliyalı çalışdırıcı iki müdafiəçi ilə yollarını ayırmaq qərarına gəlib. Rodriqo Bekao və Aleksandr Djikunun mövsümün sonunda klubdan göndəriləcəyi irəli sürülür. "Fənərbaxça", 2028-ci ilə qədər müqaviləsi olan Bekao üçün 7 milyon avro transfer haqqı tələb edir. Joze Mourinyonun planları arasında olmadığı deyilən Djikunun klubla 1+1 illik müqaviləsi var.

"Fənərbaxça" Djiku üçün 5 milyon avro tələb edir. Həmçinin, Çağlar Söyüncü üçün Səudiyyə Ərəbistanı və ABŞ-dən təkliflər gəlsə, təcrübəli müdafiəçinin göndərilməsinə icazə veriləcək. Çağlar Söyüncü “Atletiko Madrid”dən 2 milyon avro icarə haqqı, 8,5 milyon avro transfer haqqı şərti ilə transfer edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı