AFFA klub prezidenti ilə bağlı şikayəti təmin etmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib.

Metbuat.azmilli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ayaz Abdullayev “Ağdaş”la oyun bitdikdən sonra hakimi təhqir etmişdi. Klub rəsmisi 3 oyun şərti olmaqla 5 matçlıq cəzalanıb, II Liqa təmsilçisi isə 400 AZN məbləğində cərimə olunub. A.Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı