“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununu keçirib.
Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçisi səfərdə Norveçin “Vikinq” klubu ilə qarşılaşıb. Stavanger şəhərində keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda ilk qolu 11-ci dəqiqədə Orfe Mbina vurub. Erik Botheym 27-ci dəqiqədə hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Zlatko Tripiç penaltidən “Vikinq”i önə keçirib. “Sabah”ın futbolçusu Eyden Makkarti 77-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Ardınca Henrik Falşener 81-ci dəqiqədə fərqi artırıb. Botheym isə 90+4-cü dəqiqədə son qolu vuraraq dubl edib.
Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl “Mançester Yunayted”ə 0:4, “Borussiya”ya (Dortmund) isə 1:2 hesabı ilə uduzub. Komanda “Slaviya”nı 2:0 hesabı ilə məğlub edib.
“Sabah” növbəti matçını noyabrın 25-də Bakı Olimpiya Stadionunda İspaniyanın “Barselona” klubuna qarşı keçirəcək.
00:43
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin "Vikinq" və Azərbaycanın "Sabah" komandaları arasında keçirilən qarşılaşmada hesab bərabərləşib.
Metbuat.az xəbər verir ki, meydan sahiblərinin heyətində Erik Botheym 27-ci dəqiqədə fərqlənərək hesabı 1:1 edib.
00:21
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk qol vurulub.
Metbuat.az xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda Azərbaycan çempionu hesabı açıb.
11-ci dəqiqədə Orfe Mbina adını tabloya yazdırıb.
00:08
UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV turun oyunu başlayıb.
Metbuat.az xəbər verir ki, Stavanger şəhərində təşkil olunan qarşılaşma Bakı vaxtı ilə saat 24:00-da start götürüb.
Matçı niderlandlı Sander van der Eyk idarə edir.