İlk DOST mərkəzinin açılış vaxtı

Azərbaycanda ilk Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzi cari ilin sonunadək açılacaq.

Metbuat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazirin sözlərinə görə, ilk DOST mərkəzinin Bakıda açılması nəzərdə tutulur, çünki paytaxda hər il daha çox müraciət qeydə alınır. DOST mərkəzləri əmək, sosial müdafiə və təminat, məşğulluq sahəsində vətəndaşlara “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla xidmətlər göstərəcək.

Qeyd edək ki, DOST mərkəzləri əmək, sosial müdafiə və təminat, məşğulluq sahəsində vətəndaşlara “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla xidmətlər göstərəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR