Avropa Birliyindən Trampa XƏBƏRDARLIQ

ABŞ prezidenti Donald Tramp bir müddət öncə Avropa Birliyinə idxal olunan avtomobillərə 25 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini bildirib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, buna qarşılıq olaraq Avropa Birliyi ABŞ-a xəbərdarlıq edib. Avropa Komissiyasının mətbuat katibi Daniel Rosario gündəlik brifinq zamanı açıqlamasında bildirib ki, əgər ABŞ Avropa mənşəli məhsullara əlavə vergilər tətbiq etsə, Avropa Birliyi dərhal cavab verəcək”.

Qeyd edək ki, ötən ay AB Komissiyasının sədri Jan Klod Yunker və ABŞ prezidenti Donald Tramp iqtisadi əlaqələri müzakirə etmək üçün Ağ Evdə görüşmüşdü.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR