Gürcüstanın Baş naziri sabah

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycana səfər edəcək.

Metbuat.az xəbər verir ki, Gürcüstan hökümətinin başçısı iki gün davam edəcək səfər çərçivəsində Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Görüşlərdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, dünyada və regionda gedən proseslər, irimiqyaslı enerji və struktur layihələrinin inkişaf perspektivləri müzakirə olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR