Argentinanın səfiri Azərbaycanı tərk edir - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycandakı səfiri Carlos Dante Rivanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Səfir Carlos Dante Riva diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Nazir Elmar Məmmədyarov səfir Carlos Dante Rivaya iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR