Bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi və yerli özünüidarəetmənin inkişafı ilə bağlı məsələlər müzakirə olunub

13:28 23 Aprel 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının növbəti ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Ədliyyə Nazirliyinin, şəhər və kənd bələdiyyələrinin milli assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Yığıncaqda bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, onların üzləşdikləri problemlərin həllinə kömək göstərilməsi, ölkədə yerli özünüidarəetmənin inkişafına nail olunması ilə bağlı müzakirələr aparılıb.
Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov qurumun illik hesabatı və fəaliyyətinin əsas istiqamətləri barədə məruzə ilə çıxış edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsində və sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, əhalinin rifahının yüksəlməsi istiqamətində görülən işlər bələdiyyələrin də fəaliyyətinin müasir səviyyədə qurulmasına zəmin yaradır. Assosiasiya əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün yerlərdə irimiqyaslı layihələr həyata keçirir, mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görür. Bunun nəticəsi olaraq, bələdiyyə idarəçiliyinin səmərəliliyi daha da artırılıb, yerli əhali ilə qarşılıqlı münasibətlər xeyli gücləndirilib.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsi, yerli özünüidarəetmənin inkişafından və qarşıda duran vəzifələrdən danışıb.
Sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, cari ilin büdcəsi təsdiq edilib və təşkilatı məsələlərə baxılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belediyyelerin_fealiyyetinin_elaqelendirilmesi_ve_yerli_ozunuidareetmenin_inkisafi_ile_bagli_meseleler_muzakire_olunub-848993

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR