“Turnirin ağır olacağını bilirəm” - Qurban Qurbanov

Milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA-nın rəsmi saytına açıqlama verib.

Metbuat.az xəbər verir ki, mütəxəssis Millətlər Liqasında yığmamızın şanslarından danışıb və AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağın çətin olduğunu bildirib:

“Millətlər Liqasında iştirak bizim üçün yeni bir yarış olacaq. Komandamızdan nəticə gözləyirlər. Ona görə də təzyiq üzərimizdə hər zaman var. Avropa çempionatının final mərhələsinə çıxmaq üçün əla şansımız var. Amma nəzərə alaq ki, turnirdə iştirak edən digər yığmalar da bizim kimi düşünür. Belə olan halda isə məsuliyyət daha da artır. İndi hamı düşünür ki, Avropa çempionatına çıxmaq məhz Millətlər Liqasındakı matçlardan asılı olacaq. Baş məşqçi kimi isə mən turnirin bizim üçün ağır olacağını bilirəm. Üstəlik, hamının sizdən qələbə gözləməsi istər-istəməz həyəcan və məsuliyyəti artırır”.

Qeyd edək ki, yığmamız Millətlər Liqasına Kosovo, Farer adaları və Malta ilə eyni qrupda mübarizə aparacaq. Yığmamız ilk oyununu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovoya qarşı keçirəcək. Millimiz bundan 3 gün sonra Maltanın qonağı olacaq.

İctimai yerlərə TÜPÜRƏNLƏR! - Ədəbsizlikdir yoxsa? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR