"Fənərbaxça"dan "Real"a transfer olan, daha sonra zədəsi səbəbindən heyətə düşməkdə çətinlik çəkən Arda Güler haqqında diqqətçəkən iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Ardanı bundan sonra əsas heyətdə meydana buraxacaq. İspaniyanın “AS” qəzetində yer alan xəbərə görə, Ançelotti İspaniya La Liqasının 33-cü həftəsində “Real Sosyedad” ilə matçda Arda Güleri ilk 11-də başlatmağı planlaşdırır. Ançelotti bu qərarı verərsə, Arda ilk dəfə “Real Madrid” forması ilə La Liqa matçında start 11-də yer alacaq.
Qeyd edək ki, Karlo Ançelotti “El Clasico”dan sonra verdiyi açıqlamada "Artıq hər şeyi sakit şəkildə qiymətləndirəcəyik. Arda Gülər artıq istədiyi dəqiqələrə sahib olacaq" deyə bildirmişdi.