Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
13:52 23 Aprel 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən “Report”a bildirilib ki, aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Aprelin 24-də isə Abşeron yarımadasında gözlənilən güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Aprelin 26-da əlverişli komfort hava şəraiti gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/azerbaycanda-musahide-olunacaq-hava-seraiti-ile-bagli-xeberdarliq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR