Səməd Seyidov Strasburq Universitetinin rektoru ilə görüşüb

15:37 23 Aprel 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Aprel 2015 15:30 ]


Strasburq. Fuad Qulubəyli - APA. Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili Səməd Seyidov Fransanın Strasburq Universitetinin rektoru ilə görüş keçirib. APA-nın Avropa bürosunun xəbərinə görə, görüşdə iki universitet arasında münasibətlər və gələcəkdə həyata keçiriləcək müştərək layihələr müzakirə olunub.

 

S. Seyidov bildirib ki, Azərbaycan uzun illərdir Strasburq Universiteti ilə sıx əməkdaşlıq edir: “Bu yaxınlarda Strasburq Universitetinin rektorunun başçılıq etdiyi böyük nümayəndə heyəti Azərbaycanda səfər etmişdi. Azərbaycan təhsil naziri ilə görüş zamanı gələcək birgə fəaliyyət, əməkdaşlıq, tələbə mübadiləsi və birgə layihələr haqqında geniş müzakirələr aparılıb. Nümayəndə heyəti Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən Azərbaycan Dillər Universitetində olmuşdu. Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində mən və universitetimizin beynəlxalq əlaqələr üzrə prorektoru xanım Jalə Qəribova Strasburq Universitetinin rektoru və digər əməkdaşları ilə səmərəli görüş keçirdik. Görüş zamanı ADU ilə Strasburq Universiteti arasında yeni proqramlar haqqında konkret söhbətlər aparıldı. Fransız dilinin təkmilləşdirilməsi, universitetimizdə beynəlxalq münasibətlər ixtisası üzrə Fransanın ən aparıcı ali məktəbi olan Strasburq Universitetinin beynəlxalq münasibətlər proqramının geniş şəkildə tətbiq olunması, magistratura pilləsinin islahatları, delokalizasiya proqramı və digər məsələlərə dair geniş müzakirələr apardıq. Biz razılaşdıq ki, ADU ilə Strasburq universiteti arasında münasibətlər yalnız iki universitet arasında məhdudlaşmasın, bizim münasibətlərimiz Gəncə Dövlət Universitetinin, Lənkəran, Naxçıvan universitetlərinin daxilində həm fransız dilinin tədrisi ilə bağlı, həm də ümumiyyətlə, bu universitetlərin Strasburq Universiteti ilə əlaqələrinə kömək və dəstək istiqamətində işi əhatə etsin. Nəticədə biz istəyərdik ki, universitetlər arasında bir konsorsium yaransın və bu haqda da fikir mübadiləsi apardıq. Qərarlaşdıq ki, bir müddət sonra Strasburq Universitetinin yüksək səviyyəli nümayəndələri, prorektorları, müəllim və professorları ADU-ya səfər etsinlər, müəyyən müddət ADU-da işləsinlər və sonda ən müasir, dünya standartlarına cavab verəcək tədris proqramlarını biz təsdiq edək. Təhsil Nazirliyinin xeyir-duasıyla bunların hamısını 2015-16 tədris ilindən etibarən həyata keçirməyə başlayacağıq”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/380906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR