Türkiyənin Konya şəhərində 5-ci beynəlxalq “Uşaq İdman Oyunları” yarışı sona çatıb

Türkiyənin Konya şəhərində 5-ci beynəlxalq “Uşaq İdman Oyunları” yarışı sona çatıb
15:48 23 Aprel 2015
57 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Türkiyənin Konya şəhərində 5-ci beynəlxalq “Uşaq İdman Oyunları” yarışı sona çatıb.

Gimnastika Federasiyasından Trend-ə bildirblər ki, ölkəmizi bu yarışlarda kişi idman gimnastikası üzrə balaca idmançılarımız təmsil edib. Azərbaycan gimnastları 2 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Səməd Məmmədli sərbəst hərəkətlərdə və dəstəli at üzərində həərkətlərə görə yüskək xal qazanaraq, komanda hesabına 2 qızıl medal yazdırdı. Onun hesabında həmçinin, parallel qollarda hərəkətlərə görə gümüş medal da oldu. Digər gümüş medalı sərbəst hərəkətlərdə fərqlənən Mənsum Səfərov əldə etdi.

Komanda hesabında Azərbaycan 3-cü yerdə qərarlaşdı. Birinci yerdə qonşu Türkiyə, ikinci yerdə isə Bolqarıstan idmançıları oldu.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2387239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR